Əfv komissiyasının sonuncu iclası başa çatdı- YENİLƏNİB

14:00 17.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası başa çatıb.

Hafta.az-ın məlumatına görə, bugünki iclasda əfvlə bağlı100-dən çox müraciətə baxılıb.

Komissiyanın 10 iclası keçirilib və ümumilikdə 1000-dən çox müraciətə baxılıb. Siyahının dövlət başçısına göndərilməsi nəzərdə tutulur.

Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.

***

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası başlayıb.

Hafta.az-ın məlumatına görə, komissiyanın iclası videoformatda qruplar halında keçirilir.

İclasa komissiyaya daxil olan yeni müraciətlərə baxılaraq yekun vurulacaq.

***

Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçiriləcək.

Hafta.az-ın məlumatına görə, iclasda əfvlə bağlı yeni müraciətlərə baxılacaq.

Komissiyanın 9 iclası keçirilib və indiyə kimi 1000-ə yaxın maciətə baxılıb.

Bu gün komissiya iclaslarının yekunlaşdırılacağı və müfaviq siyahının dövlət başçısına təqdim ediləcəyi gözlənilir.


Novruz bayramı ərəfəsində isə əfv sərəncamının imzalanacağı bildirilir.